12px13px15px17px
Tarix:09/07/13

Ev təsərrüfatlarında genişzolaqlı vasitələrdən istifadə etməklə internetə qoşulmaların xüsusi çəkisi son 5 ildə 50%-ə yüksəlib


Azərbaycanda internet milli seqmenti inkişaf edir. 2012-ci ilin yekunları üzrə aparılmış statistik müayinənin nəticələrinə əsasən, ölkədə bütün ev təsərrüfatları arasında kompüteri olanların payı 47%, internetə çıxışı olanların payı isə 64,4% olub.

Ev təsərrüfatlarının genişzolaqlı vasitələrdən istifadə etməklə internetə qoşulmalarının  xüsusi çəkisi son 5 ildə 1.2%-dən 50%-ə yüksəlib, dial-up qoşulmalarının xüsusi çəkisi isə 58%-dən 14.9%-ə düşüb. Bu ölkədə internetin keyfiyyətinin yüksəldiyini, genişzolaqlı qoşulmaların əhali üçün münasib və cəlbedici olduğunu sübut edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “İllik hesabat”ında dərc olunan məlumata görə, qiymətləndirmələr göstərir ki, ölkədə kompüterləşmənin səviyyəsi, internet infrastrukturunun genişlənməsi və modernləşməsi internetin inkişafına birbaşa müsbət təsir göstərir. 2012-ci ilin nəticələrinə görə əvvəlki illə müqayisədə kompüterləşmənin təqribən 17% artması internetin nüfuz səviyyəsinin 8% artmasını təmin edib. 2011-ci illə müqayisədə bütün ölkə əhalisində kompüter istifadəçilərinin xüsusi çəkisi 48%-dən 56%-ə yüksəlib. Bu nəticənin əldə olunmasında kompüterləşmə üzrə uğurlu layihə və tədbirlərin xüsusi rolu olub.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024