12px13px15px17px
Tarix:10/07/13

“Twitter” müştəri proqramlarını yeniləyir


"Twitter" sosial şəbəkəsi "iOS", "Android" və "Mac OS" üçün yenilənmiş müştəri proqram təminatı versiyalarını buraxır.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, yeni versiyalarda, istifadəçilərin müvafiq platformalarda göstərdikləri bəzi nöqsanlar aradan qaldırılıb. Burada eyni zamanda axtarışın və müxtəlif platformalarda "Twitter"in bütün müştəriləri arasında birbaşa arabağlantıların sinxronizasiya sisteminin işi yaxşılaşdırılıb.

"Twitter DM (Direct Messages)" sinxronizasiya sisteminin reallaşdırılması, istifadəçiyə  öncə digər qurğudan oxunmuş mesajlar haqda alınan bildirişləri almamağa imkan verir. Sistemdə bu günədək mobil qurğuların istifadəçiləri ilə stolüstü kompüterlərin istifadəçiləri arasında məlumatların paylaşması mövcud deyildi. Hazırda isə sistemə məlumatın idarə olunması və markalanması üzrə vahid funksiya daxil edilib.
Daha bir vacib yenilik, istifadəçi axtarılan sözü bitirmədən öncə düzgün sözləri təqdim edən  axtarış sisteminin tətbiqidir.

"Twitter" müştərisinin "iOS"-versiyası, mikrobloqinq şəbəkəsinə sürətlə məlumatlar göndərməyə imkan verən, yenilənmiş tvit redaktoru əldə edib.

Aynur Vəliyeva
 




Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024