12px13px15px17px
Tarix:10/07/13

“Google” ilə mübarizə aparmaq istədi, lakin 11 milyard dollar itirdi


 
"Microsoft"un maliyyə hesabatını 2005-ci ildən araşdırmış "Business Insider" nəşrinin hesablamalarına əsasən, "Google" və onun axtarış sistemi ilə mübarizə proqram nəhənginə 10,9 milyard dollara başa gəlib. "Bing" rəqibi lider mövqedən salmağa müvəffəq olmayıb. Hazırda  ABŞ-da "Google" axtarış sisteminin payı təxminən 65%-dir.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, adıçəkilən nəşr yazıb ki, "Microsoft" bu addımı atmasa idi, bu göstərici 90% olardı. İyulun 11-də "Microsoft"un şirkətdə qlobal yenidənqurma haqqında bəyan edəcəyi gözlənilir. Ehtimal ki, korporasiya bu yolla axtarış xidmətinə görə məsuliyyət daşıyan "Online Services Division" bölməsinin növbəti maliyyə zərərini gizlətməyə çalışacaq.

Emil Hüseynov



Baxış sayı: 722

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024