12px13px15px17px
Tarix:11/07/13

Nazir müavini: “Azərbaycan informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, idarəçilik kimi sahələrdə BMT ilə əməkdaşlığını davam etdirəcək”

Azərbaycanın BMT İnkişaf Proqramı (BMT İP) sistemində artıq donor alan ölkədən donor verən ölkəyə çevrilib. "Azərbaycan 2020 - Gələcəyə Baxış" Dövlət Strategiyasının qəbul edilməsi ilə ölkəmizdə yeni inkişaf dövrü başlayacaq.

Azərbaycan xüsusilə informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə və idarəçilik sahəsində BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığını davam etdirəcək.

Bu fikri xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda Əməkdaşlıq və Resursların Səfərbərliyi mövzusunda keçirilən seminarda bildirib. Azərbaycanda BMT İnkişaf Proqramının (BMT İP) Şərqi Avropa və MDB ölkələri üzrə Regional Bürosu tərəfindən təşkil olunan seminarın məqsədi ölkə ofislərinin insanların həyat şəraitinin yaxşılaşdırılmasında səmərəli fəaliyyətini təşkil etmək üçün BMT İnkişaf Proqramının maliyyə dayanıqlılığını və effektiv planını hazırlamaqdır.

Seminar həmçinin BMT İP-in hamılıqla qəbul edilmiş aktuallığı və liderliyini əsas prioritet inkişaf sahələrinə daha güclü səylə və daha yaxşı nəticələr məqsədilə tətbiq edilməsini müzakirə edib. Yeni strategiyasının qəbul olunması ilə BMT İP donor təşkilatı imicini dəyişib, əməkdaşlıq üçün yaxşı şərait yaratmaqla güvənli və etibarlı partnyor kimi hökumətlərlə əlaqələrini daha da gücləndirəcək.

Həqiqət İSABALAYEVA




Baxış sayı: 928

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024