Tarix:11/07/13
“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən BM-dən bildirilib ki, Bakı metrosuna virtual səyahət metro ilə bağlı məlumatların genişləndirilməsinə xidmət edəcək: “Stansiyalar haqqında bölməyə daxil olan hər bir kəs metroya real məkan anlayışına söykənərək virtual səyahətə başlayacaq. Stansiyanın yerləşdiyi ərazinin ətraflı görüntüləri ilə başlayan səyahət çərçivəsində hərəkətli dairəvi dalğa işarələri ilə stansiyanın girişi diqqəti özünə çəkir. Daha sonra sanki metroya daxil olurmuş kimi saytdan istifadə vestibüldən avtomat nəzarət köşkünə və oradan stansiya platformasına qədər yol keçir. Eyni proses tam geri olmaqla təkrarlanır. Təqdimatın ən maraqlı cəhətlərindən biri həmin stansiyalarda vaqonlarda səslənən musiqi parçalarının müşayiət etməsidir”.
Layihə metropoliten saytının yeni dizaynının tərtibatçısı, texniki dəstəkçisi və tərəfdaşı olan “Gamidov Studio”da işlənib hazırlanıb: “Layihə paytaxtımıza təşrif buyuran qonaqların da diqqətini çəkərək, metrodan istifadə üçün ilkin məlumat-informasiya bazası kimi həm də əyani vəsait rolunu oynayacaq. Virtual təqdimat və informativlik imkanlarının genişlənməsi baxımından saytın daha bir layihəsi olan “Bakı metrosuna virtual səyahət” gələcəkdə daha da genişləndirilərək, metro ilə maraqlanan hər bir kəsi bu möcüzəli dünyaya daha da yaxınlaşdıracaq. Metronun görünməyən tərəflərini də öyrənməyə kömək edəcək”.
Həqiqət İSABALAYEVA
Bakı metrosuna virtual səyahət imkanı yaradılıb
Azərbaycanın metrosu ilə daha yaxından tanış olmaq istəyənlər virtual səyahətə çıxa bilərlər. Bunun üçün Bakı Metropoliteninin (BM) saytında “Virtual tur” (http://metro.gov.az/virtualtour/all/index.html) bölməsi təşkil olunub.“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən BM-dən bildirilib ki, Bakı metrosuna virtual səyahət metro ilə bağlı məlumatların genişləndirilməsinə xidmət edəcək: “Stansiyalar haqqında bölməyə daxil olan hər bir kəs metroya real məkan anlayışına söykənərək virtual səyahətə başlayacaq. Stansiyanın yerləşdiyi ərazinin ətraflı görüntüləri ilə başlayan səyahət çərçivəsində hərəkətli dairəvi dalğa işarələri ilə stansiyanın girişi diqqəti özünə çəkir. Daha sonra sanki metroya daxil olurmuş kimi saytdan istifadə vestibüldən avtomat nəzarət köşkünə və oradan stansiya platformasına qədər yol keçir. Eyni proses tam geri olmaqla təkrarlanır. Təqdimatın ən maraqlı cəhətlərindən biri həmin stansiyalarda vaqonlarda səslənən musiqi parçalarının müşayiət etməsidir”.
Layihə metropoliten saytının yeni dizaynının tərtibatçısı, texniki dəstəkçisi və tərəfdaşı olan “Gamidov Studio”da işlənib hazırlanıb: “Layihə paytaxtımıza təşrif buyuran qonaqların da diqqətini çəkərək, metrodan istifadə üçün ilkin məlumat-informasiya bazası kimi həm də əyani vəsait rolunu oynayacaq. Virtual təqdimat və informativlik imkanlarının genişlənməsi baxımından saytın daha bir layihəsi olan “Bakı metrosuna virtual səyahət” gələcəkdə daha da genişləndirilərək, metro ilə maraqlanan hər bir kəsi bu möcüzəli dünyaya daha da yaxınlaşdıracaq. Metronun görünməyən tərəflərini də öyrənməyə kömək edəcək”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 798
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır