12px13px15px17px
Tarix:11/07/13

Fərdi kompüter satışları zəifləyib

Fərdi kompüter satışlarının həcmi artıq beş rüb ardıcıl olaraq azalır ki, bu da sözügedən sahənin tarixində ən böyük enişdir. İstifadəçilər məlumatlarla işləmək üçün getdikcə smartfon və planşetlər kimi mobil həllərdən istifadəyə keçirlər və bu hal masaüstü kompüterlərin satışlarına təsir edir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Gartner" şirkətinin hesablamalarına əsasən, bu ilin ikinci rübündə kompüterlərin qlobal tədarük həcmi 10,9% azalaraq 76 milyon olub. Analitik şirkət qeyd edib ki, bütün coğrafi regionlar üzrə satışların həcmi azalıb.

Analitiklər satışların həcminin azalmasını belə izah edirlər ki, FK artıq istifadəçiləri əvvəlki kimi cəlb etmir, çünki mobil həllər, məsələn, daha ucuz planşetlərdən də internetə, oyunlara və işçi məlumatlara çıxış imkanı əldə etmək olar. Bununla belə, "Gartner" və "IDC" analitik şirkətləri bildiriblər ki, yaxın gələcəkdə FK hələ istehsal ediləcək, çünki bir sıra fəaliyyət istiqamətləri onlara ehtiyac duyur.

"Gartner" şirkətinin proqnozuna əsasən, bu il masaüstü və noutbukların tədarük həcmi 10,6% azalacaq, halbuki planşetlərdə bu göstərici 67,9% artacaq.

Emil Hüseynov



Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024