12px13px15px17px
Tarix:11/07/13

Avropa İttifaqı mikroelektronikanın istehsalına 4,8 milyard avro ayıracaq


Avropa Komissiyası Avropada mikroelektron sahəsində  istehsal imkanlarını artırmaq niyyətindədir. Bunun üçün İttifaq tədqiqatların maliyyələşməsinə, özəl sektor və Avropa İttifaqı ilə innovativ tərəfdaşlığın inkişafına 4,8 milyard avro yönəltməyi təklif edib.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, komissiyada ümid edirlər ki, Birgə Texnoloji Təşəbbüs (JTI) çərçivəsində özəl sektorla dövlətlərin tərəfdaşlığı sayəsində elektronika sahəsində Avropa İttifaqının qlobal payının azalmasının qarşısını alacaq.

"Rəqəmli Gündəlik" üzrə Avropa komissarı Neli Krousun sözlərinə görə, 2020-ci ilədək çip buraxılışı iki dəfə artmalı və Avropa bu göstərici üzrə ABŞ-ı ötməlidir. Qeyd edək ki, bu istiqamətdə  Avropada inkişaf tempi təxminən 20 faiz təşkil edir.

Xanım Krous bildirib ki, maliyyələşdirilən layihələr müxtəlif ekspert qrupları tərəfindən qiymətləndiriləcək. Təşəbbüs  10 illik müddəti əhatə edəcək. Layihənin reallaşdırılmasına  isə hələ 2014-cü ildən başlanılacaq. Təşəbbüs  üç iri altsistemdən ibarətdir. İlk təşəbbüs çərçivəsində iki pilot layihənin hər biri üçün 150 milyon avronun ayrılması nəzərdə tutulub.

Bu gün Avropada mikroelektronika  sektorunda 200 minə yaxın insan çalışır.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024