12px13px15px17px
Tarix:12/07/13

“Microsoft” “Google” və “Apple” ilə rəqabət aparmaq üçün dəyişiklik etdi

“Microsoft” şirkətinin direktoru Stiv Balmer dünən təşkilatın heyətinə yazılı şəkildə korporasiyanın yenidənqurma planını təqdim edib. Bu barədə proqram nəhənginin mətbuat xidməti məlumat verib.
"Elan etdiyimiz şirkətin yenidənqurma planı yenilikləri daha sürətlə tətbiq etməyə imkan verəcək" – sənəddə deyilib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, korporasiya “Google” və “Apple” ilə rəqabət aparmaq üçün bütün biznesin inkişaf prosesini vahid mərkəzdən idarə etmək niyyətindədir.  Balmerin sözlərinə görə, sözügedən strategiya “Microsoft One” adlanır.

Hazırda şirkət öz səylərini ayrı-ayrı bölmələr qrupunun əvəzinə əməliyyat sistemləri, proqramlar, “bulud” xidmətləri və qurğularla iş daxil olmaqla dörd strateji istiqamət üzrə cəmləşdirəcək. Ayrı idarələr tədqiqat, marketinq və inkişafla məşğul olacaq.

Stiv Balmer, həmçinin bildirib ki, şirkətdə təxminən 21 il işləmiş və “Microsoft Office” bölməsinin direktoru Kurt Delbene təqaüdə çıxacaq.

Silikon vadisinin ekspertləri hesab edirlər ki, şirkətdə aparılacaq dəyişikliklər nəticəsində korporasiya artıq ilin sonunadək iş yerlərinin sayını azalda bilər.

Emil Hüseynov
 



Baxış sayı: 627

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024