12px13px15px17px
Tarix:12/07/13

“Aztelekom” regionlarda marketinq təlimlərini davam etdirir


 "Aztelekom" İstehsalat Birliyi tərəfindən regionlarda marketinq sahəsi üzrə biliklərin artırılması məqsədilə "Marketinq – kommunikasiya sistemi kimi" mövzusunda təlimlər təşkil edilir. 

"ICTnews" elektron xəbər xidmətinin birliyə istinadən verdiyi məlumata görə, növbəti olaraq Quba Telekommunikasiya Qovşağında keçirilən təlimdə Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı TKQ-lərin marketinq qruplarının işçiləri iştirak ediblər.

Təlimdə Marketinq və xidmətlərin satışı departamentinin əməkdaşı Mədinə Əliyeva marketinq və satış üzrə təlim, marketinq strategiyası, analizlər, müştəri ilə davranış, marketinq tədqiqatları prosesi və s. mövzuda təlim aparıb.

CAHANGİR



Baxış sayı: 946

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024