12px13px15px17px
Tarix:12/07/13

Azərbaycanda elektron xidmətlər göstərən dövlət qurumlarının onluğu

 

 Azərbaycanda təxminən 40-a yaxın dövlət qurumu “Elektron hökumət” portalından qeydiyyatdan keçib.

Bunu “2013-2014-cü illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” layihəsinin ictimai müzakirəsi zamanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.


Onun sözlərinə görə, hər ay “Elektron hökumət” portalına 50 min istifadəçi müraciət edir. Təqdim olunmuş elektron xidmətlərin sayı 417, portalda yerləşdirilmiş elektron xidmətlərin sayı isə 225-dir.


E.Vəlizadə Azərbaycanda elektron xidmətlərin göstərilməsində ilk 10-luqda yer alan dövlət qurumlarının adını açıqlayıb: “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasıdır”.





Baxış sayı: 904

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024