Tarix:12/07/13
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tədqiqat şirkətinin hesabatına əsasən, smartfonlar üçün prosessor satışlarından əldə olunmuş mənfəətin həcminə görə “Qualcomm”, “Apple”, “Samsung”, “MediaTek” və “Broadcom” liderdirlər. “Qualcomm” şirkəti birinci pillədə qərarlaşıb, “HTC One”, “Google Nexus 4”, “LG Optimus G”, “Samsung Galaxy S4” və “Sony XPERIA Z” kimi smartfonlar onun çipləri ilə təchiz edilib.
“Strategy Analytics” şirkəti ayrıca press-relizdə planşetlər üçün ixtisaslaşdırılmış prosessorlar bazarı üzrə məlumatları dərc edib. 2013-cü ilin yanvar-mart ayları ərzində sözügedən seqment ötən ilin müvafiq dövrü ilə müqayisədə 52% artıb.
Bu seqmentdə mənfəətin həcminə görə “Apple”, “Texas Instruments” (TI), “Samsung”, “NVIDIA” və “Intel” şirkətləri aparıcı istehsalçılardır.
Emil Hüseynov
Smartfon və planşetlər üçün prosessor bazarında artım qeydə alınıb
“Strategy Analytics” ekspertlərinin hesablamalarına əsasən, 2013-cü ilin birinci rübündə smartfonlar üçün qlobal tətbiq prosessorları bazarının həcmi 3,6 milyard ABŞ dolları olub ki, bu da ötənilki göstəricidən təxminən 50% çoxdur.“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tədqiqat şirkətinin hesabatına əsasən, smartfonlar üçün prosessor satışlarından əldə olunmuş mənfəətin həcminə görə “Qualcomm”, “Apple”, “Samsung”, “MediaTek” və “Broadcom” liderdirlər. “Qualcomm” şirkəti birinci pillədə qərarlaşıb, “HTC One”, “Google Nexus 4”, “LG Optimus G”, “Samsung Galaxy S4” və “Sony XPERIA Z” kimi smartfonlar onun çipləri ilə təchiz edilib.
“Strategy Analytics” şirkəti ayrıca press-relizdə planşetlər üçün ixtisaslaşdırılmış prosessorlar bazarı üzrə məlumatları dərc edib. 2013-cü ilin yanvar-mart ayları ərzində sözügedən seqment ötən ilin müvafiq dövrü ilə müqayisədə 52% artıb.
Bu seqmentdə mənfəətin həcminə görə “Apple”, “Texas Instruments” (TI), “Samsung”, “NVIDIA” və “Intel” şirkətləri aparıcı istehsalçılardır.
Emil Hüseynov
Baxış sayı: 722
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır