12px13px15px17px
Tarix:12/07/13

İnformasiya Texnologiyaları Universitetinə tələbə qəbulu üçün 60 plan yeri ayrılıb


Bu il yeni fəaliyyətə başlayacaq İnformasiya Texnologiyaları Universitetinə (İTU) tələbə qəbulu üçün 60 plan yeri ayrılıb.

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) keçirilən mətbuat konfransında TQDK sədrinin müavini Namiq Babayev bildirib. Onun sözlərinə görə, 2013-2014-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə ayrılmış qəbul planında ən çox artım III ixtisas qrupu üzrə olub:

“Azərbaycanda ali məktəblərdə builki qəbul planı ötən illə müqayisədə 2439 plan yeri, başqa sözlə 7,15 faiz artaraq 36 537-ə qalxıb. I ixtisas qrupunda plan yerlərinin sayı 3%, II qrup üzrə 8,5%, III qrup üzrə 14%, IV qrup üzrə isə 0,38% artım qeydə alınıb. Ali məktəblər üzrə qəbul planında ən böyük artım Azərbaycan Diplomatik Akademiyasında olub. Bu məktəbdə plan yerlərinin sayı 2012-ci ildə 163 olduğu halda, bu il onların sayı 300-ə qədər, yəni 87,50 faiz artırılıb. Azərbaycan Milli Konservatoriyasında plan yerlərinin sayı ötən illə müqayisədə 50 faiz, Bakı Dövlət Universitetində 10,74 faiz, Müəllimlər İnstitutunda 19,10 faiz, Mədəniyyət və İncəsənət Universitetində 27, 73 faiz artıb”.

Bu il bir çox özəl ali məktəblərdə də plan yerlərinin sayı çoxaldılıb: “Bunlarla paralel bəzi ali təhsil müəssisələrində qəbul plan yerlərinin sayı azaldılıb. Ötən illə müqayisədə Azərbaycan Dillər Universitetində plan yerlərinin sayı 2,03 faiz, Memarlıq və İnşaat Universitetində 6, 87 faiz, Milli Aviasiya Akademiyasında 4,79 faiz, Dövlət İdarəçilik Akademiyasında 4,22 faiz azalma olub”.



Həqiqət İSABALAYEVA



Baxış sayı: 895

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024