Tarix:12/07/13
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş və "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən elan edilən "Mən Azərbaycanlıyam" "online" bilik yarışmasında 4-cü ongünlüyün qalibləri müəyyənləşdirilib. Bunlar Rəşadət Əliyev, Zakir Əlizadə, Rəşad Abdiyev, Faiq Həbibov, Səbuhi Abışov, Kamal Quliyev, Firdovsi Tahirov, Rafiq Şirinov, Nigar Oruczadə və Leyla Əliyevadır.
Yarışın şərtlərinə uyğun olaraq ongünlüyün qalibləri netbuk tipli kompüterə, ilk 100-lüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafatlara – "Nar Mobile" və "Bakcell" şirkətləri tərəfindən təqdim edilmiş 10 manatlıq mobil telefon danışıq kartlarına sahib olublar.
İyul ayından etibarən ay ərzində qalib gəlmiş iştirakçıların (ongünlüklərin qalibləri) mükafatları növbəti ayın əvvəlində təşkil ediləcək tədbirdə təqdim ediləcəkdir.
12.07.2013-ci il tarixinə olan statistikaya görə, ümumilikdə 16512 iştirakçı qeydiyyatdan keçib. Onların 64% kişi, 36%-i isə qadın istifadəçilərdir.
Xatırladaq ki, yarışma dekabr ayının 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırma mərasimi, dekabrın ilk həftəsi isə superfinal keçiriləcək.
Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. Yarışma-oyunun rəsmi saytı (www.azerbaycanliyam.az) və "Facebook"dakı səhifəsi (https://apps.facebook.com/azerbaycanliyam/?fb_source=search&ref=ts&fref=ts) vasitəsilə qoşulmaq mümkündür.
“Mən Azərbaycanlıyam” “online” bilik yarışmasının növbəti ongünlüyünün qalibləri bəlli oldu

Baxış sayı: 938
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı