Tarix:13/07/13
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının (AƏSMA TGT) təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda keçirilən informasiya-kommunikasiya texnologiyaları (İKT) təlimləri artıq yekunlaşmaq üzrədir.
Hazırda Zaqatalada keçirilən təlimlər iyulun 14-də başa çatacaq. Layihənin rəhbəri, AƏSMA TGT sədri Aqşin Hüseyninin sözlərinə görə, regionlarda İKT-yə maraq olduqca böyükdür və təlimlərdə iştirak etmək istəyən tələbə-gənclərin sayı təlimlərin ilk günündən kifayət qədər çox olub.
Qeyd edək ki, əvvəlki təlimlər 2-4 iyul tarixlərində Lənkəran şəhərində, 8-10 iyul tarixlərində isə Gəncədə təşkil olunub. Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır.
Həqiqət İSABALAYEVA
Rayonlarda İKT təlimləri başa çatır

Baxış sayı: 780
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır