12px13px15px17px
Tarix:15/07/13

“Twitter” istifadəçi məlumatlarını fransız hakimiyyətinə təqdim edib



“Agence France-Presse” xəbər agentliyinin yaydığı məlumata əsasən, “Twitter” mikrobloqlar xidmətinin nümayəndələri antisemit tvitləri  yazmış istifadəçilərin məlumatlarını Fransanın hüquq-mühafizə orqanlarına təqdim ediblər.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Twitter” izah edib ki, bununla onlar Fransa Yəhudi Tələbələr İttifaqının iddiası üzrə məhkəmənin çıxardığı tələbi yerinə yetiriblər və hazırda bu mübahisəyə son verilib. Bu halda şirkət nə qədər istifadəçinin məlumatını hakimiyyətə verdiyini dəqiqləşdirməyib.

Məhkəmə Tələbələr İttifaqının iddiasını təmin edib və “Twitter” 2013-cü ilin yanvarında antisemit məlumatlarını açıqlamağa məcbur olub.

Emil Hüseynov



Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024