Tarix:15/07/13
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri" mövzusunda jurnalistlər arasında keçirdiyi müsabiqənin 3 qalibi- (APA-dan Əli Əhmədov, "Qafqazinfo"dan Nigar Məmmədli və "Gündəlik Teleqraf"dan Elçin Bayramlı) ötən ayın sonunda nazirlik tərəfindən Ankara və İstanbula 5 günlük səfərə göndərildi.
Səfərdə məqsəd Türkiyədə analoji sistemin fəaliyyəti ilə tanış olmaq, onların təcrübəsini öyrənməkdən ibarət idi. Jurnaslistlər Türkiyənin Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) ilə tanış olub və Azərbaycanda tətbiqinə başlanan analoji sistemlə müqayisə etmək imkanı əldə edib.
Səfərdə qrupu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin əməkdaşı Zakir Qasımov müşayiət edib.
Ankarada Türkiyənin rabitə və informasiya texnologiyaları sistemində tənzimləyici funksiyanı yerinə yetirən Bilgi Teknolojileri ve İletişim Kurumunda (BTİK) görüşlər keçirilib.
Qurumda jurnalistləri sistemin fəaliyyəti ilə yaxından tanış ediblər. Məlum olub ki, hazırda Türkiyədə cəmi 12 500 min saxta cihaz var. Qurumdakı Çağrı Mərkəzi vasitəsilə vətəndaşlara həftənin 7 günü 24 saat xidmət göstərilir. Hər gün bu mərkəzlər 2500-ə yaxın zəng qəbul edir ki, onların çoxu xaricdən gətirilən cihazlarla, İMEİ kodlarla bağlı olur. Rəsmi şəkildə müraciət edənlərin sayı isə gün ərzində bəzən 100-ə çatır.
Bu ilin ilk rübündə qurumda idxalat müraciətlərilə bağlı qeydə alınan İMEİ kodların sayı 3 119 676 olub. Xaricdən gətirilən cihazlarla bağlı müraciətlərin sayı isə 3 ayda 382 616-ya çatıb. Məhkəmə təlimatı ilə bağlanan cihazların sayı 8231, açılan cihazların sayı 2106 olub.
2005-ci ildən fəaliyyət göstərən BTİK yarandığı gündən Avropa İttifaqı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Avropa Telekommunikasiya Standartları İnstitutu başda olmaqla, Türkiyə ilə qonşu olan bütün ölkələrlə telekommunikasiya sahəsində əməkdaşlıq həyata keçirir.
BTİK-nın Türkiyədə Ankara, Diyarbəkir, Ərzurum, İstanbul, İzmir, Mersin və Samsunda filialları fəaliyyət göstərir.
Vətəndaş xarici ölkədən telefon alıb gətirdikdə və yerli operatorların birində şəbəkəyə qoşulduqda ona 30 gün ərzində 3 dəfə cihazın qeydiyyatdan keçirilməsi ilə bağlı mesaj göndərilir. Bu müddətdə müraciət edilmədikdə telefondan şəbəkəyə çıxış xəbərdarlıq edilmədən dayandırılır. Əgər vətəndaş sonuncu gün müraciət edibsə, onda qeydiyyat başa çatanadək şəbəkədə işləməsini davam etdirir.
Qeyd edək ki, Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sistemi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na uyğun yaradılıb.
Tələblərə görə, şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək yerli operatorlarının SİM kartları vasitəsi ilə istifadə olunan hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 gün müddətində qeydiyyata alınmalıdır.
Qeydiyyat sistemi istismara başladığı tarixədək Azərbaycanda mobil rabitə şəbəkələrində istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab edilib.
Qeyd edək ki, mobil cihazlardan *#06# yığmaqla İMEİ nömrəsini müəyyən etmək olar. Abunəçilər www.imei.az internet səhifəsindən istifadə etməklə mobil cihazlarının İMEİ nömrələri ilə onun orijinallığını müəyyənləşdirə, eləcə də, əlavə məlumatlar əldə edə bilərlər.
Qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir. Bununla yanaşı, qeydiyyat sistemi qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edir.
Qeyd olunduğu kimi, mobil cihazların qeydiyyat sistemi müvafiq qərara əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində yaradılıb. Burada mərkəzi baza sistemi quraşdırılıb.
Azərbaycanda bu sistemin işə düşməsindən indiyədək 12 milyon mobil rabitə cihazı qeydə alınıb. Bu cihazların 400 mini mobil telefon olmayan rabitə vasitələri - planşet və ya avtomobillərdə qurulan GPS cihazlardır. Sistemin işə düşməsindən sonra qeydə alınan leqal mobil cihazlarla yanaşı, 250-300 minədək qeyri-qanuni, yəni pirat və ya klonlaşdırılmış mobil rabitə vasitələri də aşkarlanıb.
Abunəçilərə və istehlakçılara zərər vurmamaq üçün bu cihazlar da qeydə alınıb. Belə cihazlar yalnız hazırda istifadə edilən sim-kartlarla işləyə bilər. Həmin cihazlara başqa sim-kartlar daxil edildikdə onların fəaliyyəti dayandırılır.
Sistemin fəaliyyətə başlanmasından sonra 100-ə yaxın telefon oğurluğu aşkar edilib ki, bu barədə məlumatlar sistemə daxil edilib. Həmin telefonlardan istifadə olunsa, istifadəçilər dərhal aşkar ediləcək və onlara qarşı tədbirlər görüləcək. Sistem işə düşəndən ölkəyə mənşəyi bilinməyən, orijinal olmayan 20 minə yaxın mobil rabitə cihazının gətirilməsinin qarşısı alınıb.
RİTN-in tərəfindən Türkiyəyə göndərilən jurnalistlər qardaş ölkənin mobil telefonların qeydiyyatı sistemi ilə tanış olub

Baxış sayı: 1211
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı