Tarix:16/07/13
Son 5 il ərzində Azərbaycanda mobil sektor üzrə gəlirlər 1.3 dəfə, abunəçi bazası isə 1.5 dəfə artıb. 2012-ci ildə isə mobil sektor üzrə gəlirlər əvvəlki ilə nisbətdə müqayisəli qiymətlərlə 14.1% artaraq 1095.7 milyon ABŞ dollarına çatıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "İllik hesabat"ında dərc olunan məlumata görə, ölkənin İKT sektorunda mobil sahə təqribən 60%-lik xüsusi çəkiyə malikdir və dinamik inkişaf edir. Azərbaycanın mobil sektorunda GSM standartında 3 mobil operator fəaliyyət göstərir.
Mobil telefon rabitəsi xidmətləri ölkənin ərazisini tam əhatə edir və bu, regionda 100%-lik ilk nəticədir. Hazırda ölkədə 100 nəfərə düşən mobil abunəçilərin sayı 110 ədəd təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən təqribən 15% çoxdur.
Mobil sahədə əldə olunan gəlirlər telekommunikasiya sektorunun 65.3%-ni təşkil edir. Mobil sektorda sağlam rəqabət mühitində aparılan tarif siyasəti və müştəri məmnunluğu üzrə fəaliyyət mobil qiymətlərin ilbəil aşağı düşməsinə səbəb olur. Əgər 2004-cü ildə bir mobil abunəçiyə düşən orta illik gəlir 145.8 ABŞ dolları təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 108.0 ABŞ dolları təşkil edib.
Eyni zamanda təhlillər göstərir ki, 2011-ci illə müqayisədə hər bir abunəçiyə düşən orta aylıq gəlir 12.8% artıb, bir dəqiqə mobil danışığın qiyməti isə 22.2% azalıb.
Qeyd edək ki, ölkənin mobil və İT sektoru tam özəl mülkiyyətə əsaslanır, sabit telekommunikasiya sahəsində olan 8 operatordan yalnız üçü "Aztelekom" İB, BTRİB və Naxçıvan MR RİTN dövlətə məxsusdur.
Həqiqət İSABALAYEVA
Son 5 il ərzində Azərbaycanda mobil sektor üzrə gəlirlər 1.3 dəfə artıb

Baxış sayı: 708
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır