12px13px15px17px
Tarix:16/07/13

“Google”un Çin bölməsinin rəhbəri vəzifəsini tərk edir


“Google” şirkətinin Çin bölməsinin rəhbəri Con Lyu internet nəhəngin Çin bazarında zəif iştirak etməsi ilə bağlı səslənən kəskin tənqidlər fonunda tutduğu vəzifədən istefa verir. Analitiklər bildirirlər ki, “Google China” dilemma qarşısında qalıb. Belə ki, bir tərəfdən internet nəhəngi hələ bir neçə il bundan əvvəl rəsmi Pekinlə münasibətləri korlayıb, digər tərəfdən isə şirkət bu böyük bazarda iştirak etməli və burada yerli şəbəkə şirkətləri ilə rəqabət aparmaqla paralel “Çindəki internet həyatı”na uyğunlaşmalıdır, “Cybersecurity www.cybersecurity.ru” yazır.

“Google” şirkətinin bəyanatında deyilir ki, şirkətə son 6 ildə rəhbərlik etmiş Lyu istefa qərarını yeni imkanlar əldə etmək məqsədilə qəbul edib. “Əvvəlcə o, Çində məhsulların satışı üzrə direktor vəzifəsini tutub. 2009-cu ildə C.Lyu faktiki olaraq “Google”-un Çin istiqamətini yaradıb. Li Kay Fu şirkəti tərk etdikdən sonra Çindəki bütün biznesə rəhbərlik etməyə başlayıb” – deyə bəyanatda qeyd edilib.

Ekspertlər qeyd edirlər ki, C.Lyu şirkətin “Baidu” axtarış sistemi ilə rəqabət apara bilməməsi səbəbindən “Google”-un Qərbdəki rəhbərliyinin təzyiqi ilə üz-üzə gəlib. 2010-cu ildə “Google” rəsmi Pekinin axtarış üzrə  onlayn senzurası ilə bağlı tələbləri ilə razılaşmamaq haqqında qərar qəbul edib və bununla da, demək olar, Çin bazarını tərk etmiş olub. O vaxtdan “Google”-un Çindəki payı xeyli azalıb və hazırda ABŞ axtarış sistemi bu ölkədə 3 faizlik bazar payına malikdir.

Bundan başqa, ölkədə şirkətin əksər servislərinin, o cümlədən, “Google Play”, “YouTube” və “Google Plus”-un fəaliyyəti dayandırılıb. Baş verənlər fonunda isə “Andorid” əməliyyat sistemi Çinin mobil  bazarında ən populyar sistemdir.



Baxış sayı: 645

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024