Tarix:16/07/13
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının qorunması, səmərəli istifadəsi, beynəlxalq təcrübənin və müasir standartların tətbiqi məqsədilə müasir tələblərə cavab verən effektiv idarəetmə sisteminin qurulması üzrə işlər aparır. Bu məqsədlə ƏMDK səhmdar cəmiyyətlərin rəhbərləri ilə görüşlər təşkil edir. Komitədən qeyd edilib ki, növbəti görüş İsmayıllı şəhərində nizamnamə kapitalında dövlət payı olan səhmdar cəmiyyətlərinin və dövlət müəssisələrinin rəhbərləri ilə keçirilib:
“Görüşün təşkil olunmasında məqsəd regionlarda yerləşən dövlət əmlakının qorunması və səmərəli istifadəsi, müasir əsaslarla korporativ idarəetmə sisteminin qurulması və təkmilləşdirilməsi, səhmdar cəmiyyətlərin nizamnamə kapitalında dövlətin payının özəlləşdirilməsi ilə bağlı məsələləri nəzərdən keçirməkdir”.
Tədbirdə komitənin sədr müavini Rüstəm Şahbazov dövlət əmlakının effektiv idarə edilməsi və səmərəli istifadəsinin zəruriliyindən, bu sahədə qanunvericilik bazasından, həyata keçirilmiş tədbirlərdə əldə olunan nəticələrdən, bu sahədə korporativ idarəetmə sisteminin əhəmiyyətindən, beynəlxalq təcrübənin və müasir texnologiyaların tətbiqi vəziyyətindən söz açıb.
Eyni zamanda, özəlləşdirilən dövlət müəssisələrinin sağlamlaşdırılması və restrukturizasiyası, müəssisələrin fəaliyyətinin bərpası və yeni iş yerlərinin yaradılması istiqamətində aparılan iqtisadi siyasətin nəticəsi olaraq sahibkarlığın inkişafı da vurğulanıb. Eyni zamanda, səhmdar cəmiyyətlərində ümumi yığıncaqların çağırılması, dividendlərin ödənilməsi, dövlət büdcəsinə və büdcədən kənar fondlara olan borcların cari vəziyyəti, zəbt olma hallarının qarşısının alınması və digər əlaqəli məsələlər də görüşün müzakirə mövzusu olub.
Qeyd edək ki, cari il üçün nizamnamə kapitalında dövlətin payı olan 280-ə yaxın səhmdar cəmiyyəti mövcuddur.
Həqiqət İSABALAYEVA
Dövlət əmlakının qorunması üzrə müasir texnologiyalara əsaslanan korporativ idarəetmə sistemi qurulur

Baxış sayı: 656
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır