Tarix:16/07/13
Smartfon, planşet kompüter və digər müasir elektronika istehsalçıları yaxın gələcəkdə sensor ekranlar istehsal edəcək yeni materiallara yiyələnməli olacaqlar. Buna səbəb müasir displeylərin əsas komponenti olan indium kimyəvi materialının təbii ehtiyatlarının tezliklə tükənə bilməsidir.
Bu problem San-Fransiskoda keçirilən “Semicon West” sənaye konfransında müzakirə olunub.
İstehsalçılar sensor qurğuların buraxılış həcminin artım tempini nəzərə almaqla yaxın illərdə sənaye miqyasında yeni materiallara yiyələnməlidirlər.
“NPD Display Search” şirkətinin məlumatına görə, 2013-cü ildə buraxılan bütün qurğularda sensor ekranların ümumi sahəsi 2012-ci ildə qeydə alınan 12 milyon kvadratmetrlik göstərici ilə müqayisədə 2 dəfədən çox artaraq 25,5 milyon kvadratmetr təşkil edəcək. Bundan başqa, sahənin 2015-ci ilədək 35,9 milyon kvadratmetrədək artacağı da gözlənilir.
Analitiklər həmçinin qeyd edirlər ki, sensor ekranlara tələbat sensor noutbuklar bazarında artımın müşahidə olunması ilə əlaqədar xeyli yüksələcək.
"ICTnews.az" elektron xəbər xidməti "www.cnews.ru" saytına istinadən bildirir ki, hazırda tətbiq edilən materialın alternativlərindən biri gümüş nanonaqildir. Bu material da elastik displeylər yaratmağa imkan verir. Laboratoriya şəraitində bu səthə malik displey deformasiya əlaməti olmadan 100 dəfədən çox əyilib.
“Juniper Research” analitiklərinin proqnozlarına əsasən, 2013-2017-ci illər ərzində daşınan elektronika bazarı 4,5 dəfədən çox artaraq 70 milyon qurğuya çatacaq.
Sensor ekranların istehsalı üçün material ehtiyatları tükənir

Baxış sayı: 1010
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır