Tarix:16/07/13
"Apple" və "Samsung" şirkətləri bir-birinə qarşı qaldırdıqları məhkəmə iddialarına baxmayaraq öz biznes maraqlarına böyük önəm verirlər. Belə ki, bu günlərdə şirkətlər arasında əməkdaşlıq haqqında saziş imzalanıb. 2015-ci ildən sonrakı dövrü əhatə edən sazişə əsasən "Samsung" ABŞ istehsalçısına 14 nanometrlik texnologiya bazasında yaradılan mikroprosessorlar tədarük edəcək.
İmzalanmış saziş ilk növbədə 2015-ci ilin ikinci rübündə buraxılacaq mobil telefonlar (iPhone 7) üçün mikroçiplərin tədarükünü nəzərdə tutur. Xatırladaq ki, bundan əvvəl "Apple"-ın "Taiwan Semiconductors Manufacturing Company" (TSMC) ilə şirkətin gələcək nəsil planşet və smartfonlarında tətbiq ediləcək "A9" prosessorlarının istehsalına dair istehsal müqaviləsi imzalanması ilə bağlı məlumatlar yayılmışdı.
Ötən il "Samsung" artıq "Apple" və onun "iOS" əməliyyat sistemli qurğuları üçün eksklüziv çip tədarükçüsü rolunda çıxış edib. Bundan başqa, "Samsung" ABŞ istehsalçısının hazırkı "iPhone 5" və "iPad 4 Retina" qurğuları üçün "A6" və "A6X" çiplərini də yığır, - "Cybersecurity. www.cybersecurity.ru" yazır.
"Apple" həmçinin " GlobalFoundries" şirkəti ilə istehsal üzrə əməkdaşlıq variantlarını da nəzərdən keçirir.
Həm rəqibdirlər, həm tərəfdaş

Baxış sayı: 641
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır