12px13px15px17px
Tarix:17/07/13

Son 5 ildə internetin qiyməti 12,5 dəfə azalıb


 
2012-ci ildə əvvəlki illə müqayisədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 65-dən 70-ə yüksəlib. Beləliklə, son 5 ildə internet istifadəçilərinin sayı 2 dəfə artıb. Ölkədə internetin inkişafını son 5 ildə hər 100 internet istifadəçisinə düşən beynəlxalq kanal tutumunun 12,9 dəfə artaraq 324 kbit/s-dən 4187 kbit/s-yə çatması da əyani sübut edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "İllik hesabat"ında dərc olunan məlumata görə, ölkədə telekommunikasiya və internet infrastrukturunun inkişafı, fiber-optik kabel şəbəkəsinin genişlənməsi, xidmətlərin qiymətinin dəfələrlə aşağı düşməsi Azərbaycanda internetin inkişafını şərtləndirir.

Son 5 ildə internetin qiymətinin 12,5 dəfə azalması beynəlxalq internet kanalının  tutumunun da 12,9 dəfə artmasına səbəb olub. Bununla yanaşı, müvafiq dövr ərzində internet xidmətləri bazarının həcmi də 4 dəfə böyüyüb. Ölkədə internetin inkişafı həm  də ölkənin kompüterləşmə səviyyəsinin yüksəlməsi ilə əlaqədardır.


Yeri gəlmişkən qeyd edək ki, 2012-ci ilin yekunları üzrə aparılmış statistik müayinənin nəticələrinə əsasən, ölkədə bütün ev təsərrüfatları arasında kompüteri olanların payı 47,7%, internetə çıxışı olanların payı isə 64,4% olub.
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024