Tarix:17/07/13
Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu artıq yekunlaşıb. Təhsil Nazirliyindən bildirilib ki, 15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18782 nəfərin ərizəsi qəbul olunub.
Ötən ilin statistikasına görə, müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı 3270, müraciətlərin sayı isə 16195 olub. Bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha çox olub.
Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə bir ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınıb. İşə qəbul üzrə qeydiyyatdan keçmiş ərizələrin təsdiqlənməsi prosesi 20 iyulda yekunlaşacaq. 21-23 iyul 2013-cü il tarixlərində imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə test imtahanının vaxtı və yeri barədə məlumat göndəriləcək.
Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda keçiriləcək. Universitetdə lokal şəbəkə qurulmuş və serverə qoşulub. 2 imtahan otağında 240 kompüter yerləşdirilib, mühafizə və təhlükəsizlik təmin edilib. Müəllimlərin işə qəbulu üzrə test imtahanları 25 iyul - 7 avqust tarixlərində, hər gün (bazar günlərindən başqa) saat 9:00-dan 18:00-dək keçiriləcək. Hər bir qrup üzrə imtahana 1 saat vaxt ayrılacaq. Bu mərhələni uğurla başa vuranlar üçün 12-16 avqust 2013-cü il tarixlərində müsahibə təşkil olunacaq.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna təhsil nazirinin "2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" əmrinə uyğun olaraq, iyulun 1-dən başlanılıb və iyulun 15-də proses başa çatıb.
Həqiqət İSABALAYEVA
Müəllimlərin işə qəbulu üzrə 16195 nəfər elektron ərizə ilə müraciət edib

Baxış sayı: 1309
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib