12px13px15px17px
Tarix:17/07/13

Marissa Mayer “Yahoo!”ya uğurlu gəldi


 
"Yahoo!" şirkəti icraçı direktor xanım Marissa Mayerin rəhbərliyi ilə 2013-cü ilin ikinci rübünün maliyyə göstəricilərini açıqlayıb. 

Hesabat dövrü ərzində internet-korporasiya 1,14 milyard dollarlıq mədaxil əldə edib. Bu, gəlirin 1,22 milyard dollar olduğu 2012-ci ilin analoji dövrünün nəticəsindən təxminən 7 faiz azdır.

Baner reklamı şirkətə 472 milyon dollar qazanc gətirib ki, bu da illik hesablamadan 12 faiz aşağıdır. Həmçinin axtarış nəticələrində reklamdan əldə olunan mədaxil 9 faiz azalaraq 418 milyon dollara çatıb.

İl ərzində "Yahoo!"-nun xalis mənfəəti təxminən 2 dəfə - 226,63 milyon dollardan 331,15 milyon dollaradək artıb. Mənfəətin bir səhmə nisbəti 30 sent təşkil edib,- "3DNews www.3dnews.ru" yazır.
 
 

 
 



Baxış sayı: 641

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024