12px13px15px17px
Tarix:17/07/13

Dünyada mobil İP-telefoniya istifadəçilərinin sayı 640 milyona çatıb


2012-ci ildə dünyada İP-telefoniya servislərindən (OTT VoIP) istifadə edənlərin sayı 2011-ci illə müqayisədə 6,5 dəfə artaraq 640 milyona çatıb. Bu barədə "Infonetics" analitik şirkətinin hesabatında deyilir.

Analitiklərin qiymətləndirmələrinə əsasən, 2013-cü ildə bu cür istifadəçilərin sayı 1 milyarda yüksələcək.
Hazırda "Skype" İP-telefoniya servisləri sahəsində liderdir. Bununla yanaşı, bazarda "Fring", "KakaoTalk", "Line", "Nimbuzz", "WeChat" və "Viber" kimi çoxlu əlavələr də yer alıb.

2012-ci ildə bir "VoIP" istifadəçisindən əldə edilən orta illik gəlir cəmi 7,13 dollar təşkil edib. Aşağı gəlir səviyyəsi "VoIP" servislərinin provayderlərini fəal şəkildə ənənəvi operatorlara reklam yerləri və böyük həllər təklif etməyə məcbur edir,- "Digit www.digit.ru" saytı yazır. 

Aparılan araşdırmalara görə, LTE şəbəkələri (VoLTE) üzrə səsli kommunikasiya vasitələrindən istifadə edənlərin sayı 2012-2017-ci illər arasında hər il 145 faiz artacaq.

"Infonetics"in proqnozuna görə, dünya "VoIP" və "VoLTE" mobil servislər bazarının həcmi 2017-ci ilədək ümumilikdə 16 milyard dollar olacaq. 
"VoLTE" sahəsində şirkət analitikləri "SK Telecom" şirkətinin uğurunu qeyd edirlər. Bu şirkətin abunəçi bazası 2013-cü ilin aprelində 3,6 milyon olub. 







Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024