Tarix:17/07/13
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) "Cərimələrin internet vasitəsilə ödənilməsi xidməti" tam avtomatlaşdırılıb və "Elektron hökumət" portalına inteqrasiya edilib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən xidmət Azərbaycan Respublikasında qanunvericiliyin tələblərini pozmuş təsərrüfat subyektlərinə qarşı SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun tətbiq edilmiş cərimələrin internet vasitəsilə ödənişini əhatə edir.
İstifadəçiləri barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş fiziki və hüquqi şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir: "Hüquqi və ya fiziki şəxs elektron xidmətin təqdim edildiyi internet ünvanında adını, inzibati tənbeh vermə haqqında qərarın nömrəsini və tarixini daxil etməklə inzibati cərimənin ödənilməsi imkanını əldə edir".
Qeyd edək ki, cərimələrin ödənişi üzrə elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
CAHANGİR
Təsərrüfat subyektlərinə qarşı tətbiq edilmiş cərimələr internet vasitəsilə ödəniləcək

Baxış sayı: 667
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib