Tarix:18/07/13
Buna səbəb Çinin “Lenovo” şirkəti ilə aparılan danışıqların uğursuzluqla nəticələnməsidir. Adı çəkilən şirkətlər mobil telefon istehsalı sahəsində əməkdaşlıq etmək niyyətində olsalar da, əməkdaşlıq şərtlərində yekdil fikrə gələ bilməyiblər.
2013-cü ilin əvvəlindən əməkdaşlıq etməyə başlayan “NEC” və “Lenovo” birgə müəssisə yaratmaq və ya “NEC”-in “Lenovo”ya mobil telefonlar istehsal edən bölməsini satması planlaşdırılmışdı.
2011-ci ildə fərdi kompüter istehsalı üzrə “Lenovo NEC Holdings B.V.” birgə müəssisəsini təsis edən şirkətlər tərəfdaşlıq əlaqələrinə malik olublar.
“NEC”-in telefonlar bazarından tam getməsi ilə yanaşı, digər variantları da nəzərdən keçirməsi bildirilir. Variantlar arasında yeni tərəfdaş axtarışı və ya smartfon istehsalının adi mobil telefonlarla əvəzlənməsi qeyd edilir.
Qeyd edək ki, “NEC” “Android” əməliyyat sistemli smartfon və planşet kompüterlər buraxır. Əvvəllər şirkət Yaponiya bazarında lider olub, lakin hazırda onun ölkə bazarında payı 5 faizədək azalıb,- “Lenta www.lenta.ru” yazır.
Daha bir şirkət smartfon bazarını tərk edir
Yaponiyanın “NEC” korporasiyası smartfonların istehsalını dayandırmağı planlaşdırır.Buna səbəb Çinin “Lenovo” şirkəti ilə aparılan danışıqların uğursuzluqla nəticələnməsidir. Adı çəkilən şirkətlər mobil telefon istehsalı sahəsində əməkdaşlıq etmək niyyətində olsalar da, əməkdaşlıq şərtlərində yekdil fikrə gələ bilməyiblər.
2013-cü ilin əvvəlindən əməkdaşlıq etməyə başlayan “NEC” və “Lenovo” birgə müəssisə yaratmaq və ya “NEC”-in “Lenovo”ya mobil telefonlar istehsal edən bölməsini satması planlaşdırılmışdı.
2011-ci ildə fərdi kompüter istehsalı üzrə “Lenovo NEC Holdings B.V.” birgə müəssisəsini təsis edən şirkətlər tərəfdaşlıq əlaqələrinə malik olublar.
“NEC”-in telefonlar bazarından tam getməsi ilə yanaşı, digər variantları da nəzərdən keçirməsi bildirilir. Variantlar arasında yeni tərəfdaş axtarışı və ya smartfon istehsalının adi mobil telefonlarla əvəzlənməsi qeyd edilir.
Qeyd edək ki, “NEC” “Android” əməliyyat sistemli smartfon və planşet kompüterlər buraxır. Əvvəllər şirkət Yaponiya bazarında lider olub, lakin hazırda onun ölkə bazarında payı 5 faizədək azalıb,- “Lenta www.lenta.ru” yazır.
Baxış sayı: 605
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır