Tarix:18/07/13
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, adıçəkilən şirkət tullantıların emalı sahəsində böyük təcrübəyə malikdir. Bu səbəbdən də onun təcrübəsindən yararlanmaq məqsədəuyğun hesab olunur.
Qeyd edək ki, memorandum Balaxanı Sənaye Parkında məişət tullantılarının tərkibində mövcud olan təkrar emala yararlı materialların ümumi kütlədən ayrılaraq təkrar emalı ilə yanaşı, qeyri-məişət tullantıları hesab edilən avtomobil şinləri, elektrik və elektron cihazlar, məişətdə əmələ gələn təhlükəli tullantılar və digər tullantı növlərinin emalının təşkili məqsədlərini ehtiva edir. İlkin mərhələdə, adı çəkilən tullantıların böyük müəssisələrdən toplanması və emalı nəzərdə tutulur.
Bununla əlaqədar elektrik və elektron tullantıların toplanması ilə bağlı artıq "Azercell Telekom" MMC, "PAŞA Holding" MMC kimi böyük şirkətlərlə danışıqlara başlanılıb. Növbəti mərhələdə isə bu cür tullantıların əhalidən kütləvi şəkildə toplanması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi ilə dövlət işçi komissiyası yaradılıb. Bu prinsip istehsalçıların istehsal etdikləri məhsulun ən son mərhələyə, yəni onların utilizasiyası və təkrar emalınadək məsuliyyət daşımasını təmin edir.
Yeri gəlmişkən qeyd olunmalıdır ki, Balaxanı Sənaye Parkında təkrar emal sənayesini inkişaf etdirmək istəyən müəssisələr üçün investisiya, vergi güzəştləri və üstünlüklər tətbiq edilir.
SEYMUR
Elektron tullantıların təkrar emalı Türkiyə şirkəti ilə birgə həyata keçiriləcək
"Təmiz Şəhər" ASC qeyri-məişət tullantısı hesab edilən elektrik və elektron tullantıların sənaye parkında təkrar emalı məqsədilə Türkiyənin "Exitcom Recycling" şirkəti ilə anlaşma memorandumu imzalayıb."ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, adıçəkilən şirkət tullantıların emalı sahəsində böyük təcrübəyə malikdir. Bu səbəbdən də onun təcrübəsindən yararlanmaq məqsədəuyğun hesab olunur.
Qeyd edək ki, memorandum Balaxanı Sənaye Parkında məişət tullantılarının tərkibində mövcud olan təkrar emala yararlı materialların ümumi kütlədən ayrılaraq təkrar emalı ilə yanaşı, qeyri-məişət tullantıları hesab edilən avtomobil şinləri, elektrik və elektron cihazlar, məişətdə əmələ gələn təhlükəli tullantılar və digər tullantı növlərinin emalının təşkili məqsədlərini ehtiva edir. İlkin mərhələdə, adı çəkilən tullantıların böyük müəssisələrdən toplanması və emalı nəzərdə tutulur.
Bununla əlaqədar elektrik və elektron tullantıların toplanması ilə bağlı artıq "Azercell Telekom" MMC, "PAŞA Holding" MMC kimi böyük şirkətlərlə danışıqlara başlanılıb. Növbəti mərhələdə isə bu cür tullantıların əhalidən kütləvi şəkildə toplanması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi ilə dövlət işçi komissiyası yaradılıb. Bu prinsip istehsalçıların istehsal etdikləri məhsulun ən son mərhələyə, yəni onların utilizasiyası və təkrar emalınadək məsuliyyət daşımasını təmin edir.
Yeri gəlmişkən qeyd olunmalıdır ki, Balaxanı Sənaye Parkında təkrar emal sənayesini inkişaf etdirmək istəyən müəssisələr üçün investisiya, vergi güzəştləri və üstünlüklər tətbiq edilir.
SEYMUR
Baxış sayı: 1707
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır