Tarix:18/07/13
Qrafik texnologiyalar bazarında vəziyyəti daim araşdıran “Jon Peddie Research” şirkəti növbəti tədqiqatını dərc edib.
Bu dəfə tədqiqat qrafika sahəsində proqram təminatı və avadanlıqla bağlıdır. Ekspertlərin qiymətləndirməsinə görə, bu bazar yaxın illərdə sabit artım göstərəcək, çünki qrafik texnologiyalara tələbat artır. Nəticədə rəssam-qrafik, dizayner və ya proqramçı kimi ixtisaslar daha tələbatlı olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin proqnozuna əsasən, 2016-cı ilədək kompüter qrafikası üçün alətlər hazırlayan şirkətlərin gəliri 142 milyard dollar olacaq. Hazırda bu göstərici 107 milyard dollar təşkil edir.
2013-cü ildə kompüter qrafikası üçün proqram təminatının satış həcmi 17 milyard dollaradək artacaq ki, bu da ötən illə müqayisədə 3 milyard dollar daha çoxdur. Bu bazar böhrandan sonra bərpa olunur. CAD/CAM həlləri seqmentində gəlirin həcmi 7,92 milyard dollar təşkil edəcək.
2013-cü ilin yekununa görə, qrafika bazarında aparat biznesi ən gəlirli sahələrdən biri olaraq qalır və o, 107 milyard dollar həcmində qiymətləndirilir. 2010-cu ildə bu göstərici təxminən 93 milyard dollar olub.
2013-cü ildə mobil qurğulardan 67,86 milyard dollar, kompüter qrafikası üçün monitorlardan isə 0,7 milyard dollar əldə ediləcək.
Emil Hüseynov
Qrafika bazarında sabitlik hökm sürür

Baxış sayı: 807
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır