12px13px15px17px
Tarix:18/07/13

Sosial şəbəkə istifadəçilərindən hesablar üçün parollarını dəyişdirməyi xahiş edir

"Tumblr" sosial şəbəkəsi dünən istifadəçilərindən hesablar üçün parollarını dəyişdirməyi xahiş edib. Şirkətin yaydığı məlumata əsasən, bu xahiş "iPad" və "iPhone" qurğuları üçün tətbiqin təhlükəsizlik sistemində aşkar edilmiş səhvlə bağlıdır.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, ekspertlərin məlumatına görə, "Tumblr" "alma" qurğularında istifadəçi parollarının daxil edilməsi zamanı təhlükəsiz qoşulmadan istifadə etməyib. Bu o deməkdir ki, başqa "Wi-Fi" istifadəçiləri fərdi informasiyaya giriş əldə edə bilərdilər.
Server abunəçilərindən üzr istəyib və bildirib ki, artıq səhvi aradan qaldırıb və "iOS" platformasının bütün istifadəçilərindən parollarını dəyişdirməyi xahiş edir.

2013-cü ilin ikinci rübündə "Yahoo!" korporasiyası öz auditoriyasını artırmaq və cavanlaşdırmaq məqsədilə "Tumblr" şirkətini 1,1 milyard dollara satın alıb.

Emil Hüseynov



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024