Tarix:19/07/13
“Google” istifadəçilərin fayllarını Amerikanın xüsusi xidmət orqanlarından gizlətməyə qərar verib. “CNET” internet nəşrinə şirkətə yaxın mənbələrin verdiyi məlumata əsasən, “Google” şirkəti sənədlərin “Drive” adlanan "bulud" xidmətində şifrələnməsi üzərində sınaqlara başlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, 2012-ci ildə axtarış sistemi informasiyanı təhlükəsiz kanal üzrə ötürməsi haqqında məlumat vermişdi, lakin data mərkəzlərdə istifadəçilərin faylları şifrələnməmiş formada saxlanılır. Əgər “Google” data mərkəzlərdə də qorumanı təmin edə bilsə, o zaman istifadəçilərin faylları tam təhlükəsiz olacaq, çünki şirkət arxivlərin məzmununu aça bilməyəcək.
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snouden “PRISM” adlanan məxfi proqram haqqında elan etdikdən sonra “Google” belə addım atıb. Onun iyunun əvvəlində KİV-ə verdiyi informasiyaya görə, MKİ elektron poçt yazışmalarını oxuyur və Amerikanın “Google”, “Yahoo!”, “Apple”, “Skype” və “Facebook” kimi iri şirkətlərinin müştərilərinin fəallığına nəzarət edir.
Emil Hüseynov
“Google” istifadəçi məlumatlarını Amerikanın xüsusi xidmət orqanlarından gizlədəcək

Baxış sayı: 786
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib