Tarix:19/07/13
18 iyul 1968-ci ildə məşhur "Intel" şirkətinin yaradıldığı gündür.
"Intel" əvvəllər "Fairchild Semiconductor" şirkətində çalışmış Robert Neyson və Qordon Mur tərəfindən təsis edilib. Bir neçə müddətdən sonra Endryu Qrouv da təsisçilər sırasına qoşulub.
Əvvəlcə gələcək "Intel"in "NM Electronics" adlandırılması planlaşdırılsa da, Q.Murun təklif etdiyi "INTegrated Electronics"in qısaldılmış variantı üzərində dayanmaq məsləhət bilinib.
Şirkətin biznes planının cəmi 1 səhifədən ibarət olması və ilk vençur investisiyaların 10 min dollar təşkil etməsi maraq doğurur. Bundan başqa, "İntel" sahibləri artıq oxşar ada malik "Intelco" müəssisəsinə məhz bu addan istifadə etmək hüququnu əldə etmək üçün 15 min dollar ödəməli olublar.
ABŞ istehsalçısı ilk uğurunu 1971-ci ildə Yaponiyanın kalkulyator istehsalı ilə məşğul olan "Busicom" şirkəti üçün 12 spesifik mikrosxemi əvəzləyən əfsanəvi "Intel 4004" universal mikroprosessorunu hazırladıqdan sonra qazanıb.
Hazırda "Intel" dünyanın nəhəng mikroprosessor və digər kompüter komponentləri istehsalçısıdır.
"www.towave.ru"
“Intel” 45 illiyini qeyd edib

Baxış sayı: 656
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır