Tarix:20/07/13
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili”
elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını davam etdirir.
Davamlı olaraq, Heydər Əliyev Fondu ilə birgə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların İKT-dən istifadə imkanlarının artırılması üzrə işlər həyata keçirilir. Bu məqsədlə cari il ərzində görmə qüsurlu 72 nəfər 9-12 sinif şagirdinə fiziki imkanı məhdud olan şəxslər üçün nəzərdə tutulan mini-kompüterlər verilib.
Qeyd edək ki, görmə qabiliyyəti zəif olan insanların həyatını asanlaşdırmaq, onların cəmiyyətlə fəal inteqrasiyasını təqdim etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın “NeyroTex” şirkəti tərəfindən dünyada ilk dəfə olaraq səslə idarə edilən mini-kompüterlər hazırlanıb.
Ötən il Heydər Əliyev Fondu ilə birgə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 200-dək gözdən əlil şəxsə mini-kompüterlər təqdim edilib.
Görmə məhdudiyyəti olanlar üçün mini-kompüter – “Dilmanc D01” adi kompüterin bütün imkanlarına malikdir. “Windows” əməliyyat sistemini və müxtəlif proqramları dəstəkləyir. Kompüterin fərqli cəhəti onun monitorunun və klaviaturasının olmamasıdır. Belə ki, kompüter daxilindəki proqram kompüterdə baş verənləri istifadəçiyə səslə oxuyur. Bu qurğu həmçinin nitqin tanınması proqramı ilə təchiz olunub və istifadəçinin şifahi əmrlərini başa düşərək yerinə yetirir.
Eyni zamanda, mini-kompüter səsli əmrlər vasitəsilə, onlayn rejimdə son yeniliklərlə tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri səsləndirmək, bundan əlavə, telefon və onları cavablandırmaq kimi imkanlarla da təchiz olunub.
“İKT ili” çərçivəsində görmə qabiliyyətindən məhrum 72 nəfərə mini-kompüterlər verilib

Baxış sayı: 681
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır