Tarix:22/07/13
“Rəqəmli həyatınızı gəlirə çevirin!”- bu deviz altında Azərbaycanda elektron ticarət portalı “Eticaret.az” (http://eticaret.az/) fəaliyyətə başlayır. Saytın rəhbərliyindən bildirilib ki, yeni portal sentyabrdan etibarən istifadəçilərin xidmətinə təqdim olunacaq:
“Portal məhsullarınızı, rəqəmli fəaliyyətinizi, e-kitablarınızı və xidmətlərinizi heç bir virtual mağaza proqramına ehtiyac duymadan sata biləcəyiniz və gəlir əldə edəcəyiniz, üstəlik, asan istifadə edilə bilən veb-xidmətdir. İstifadəçi portal vasitəsilə satmaq istədiyi rəqəmli və ya daşınan məhsullarınızı asanlıqla satış obyektinə çevirə biləcək, onları veb-saytında satışa çıxara biləcək. Bunun üçün hər hansı proqramlaşdırma vərdişlərinə malik olmağa ehtiyac yoxdur.
“Eticaret.az” portalı sizə məhsullarınızı asanlıqla əlavə edəcəyiniz bir interfeys təklif edir. Bu interfeysdən əlavə olunan məhsulları veb-saytınızda satışa çıxara bilmək üçün “Sifariş et”, “Səbətə əlavə et” düymələrindən əlavə, e-maillərinizdə göndərə biləcəyiniz bir link və daha ətraflı görünüş üçün bir veb-saytı qoşması (widget) yaradır. Hazırlanan qoşmaları veb-səhifənizə əlavə edərək heç bir əlavə proqramlama əməliyyatı etmədən və ya bahalı alış-veriş sistemini veb-saytınıza qurmağa çalışmadan məhsullarınızı satmaya başlaya bilərsiniz. Portal fərqli məhsul növlərinə görə xüsusiləşdirilmiş həll yolları təqdim edir. “Eticaret.az” ilə istifadəçilər özəlləşdirilmiş alış-veriş düymələri və qoşmaları, ödəniş səhifələri və əlaqə mesajları hazırlaya bilirlər”.
Həqiqət İSABALAYEVA
“Rəqəmli həyatınızı gəlirə çevirin!” devizi altında elektron ticarət portalı fəaliyyətə başlayır

Baxış sayı: 713
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır