12px13px15px17px
Tarix:22/07/13

Qubada “Elektron hökumət həlləri - elektron xidmətlərə çıxış” mövzusunda maarifləndirici təlim keçirilib


 "İKT ili" çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə Quba və Xaçmaz bölgəsində yerləşən bələdiyyə nümayəndələri üçün Qubada "Elektron hökumət həlləri - elektron xidmətlərə çıxış" mövzusunda maarifləndirici təlim keçirilib.

Tədbirdə Quba və Xaçmaz bölgəsində yerləşən bələdiyyələrin rəsmiləri iştirak edib. İştirakçılara "Elektron hökumət həlləri" ilə bağlı müxtəlif təqdimatlar göstərilməklə yanaşı, "Elektron hökumət" portalında qeydiyyat, xidmətlərdən istifadə və sənədlərin elektron imza kartı ilə imzalanması əyani şəkildə nümayiş etdirilib.
 



Baxış sayı: 615

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024