12px13px15px17px
Tarix:22/07/13

“Xalq kompüteri” alanların sayı artıb


 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü, “Microsoft” və “HP”-nin iştirakı ilə həyata keçirilən “Xalq kompüteri” layihəsi ölkədə kompüterlərin kütləvi yayımının təmin edilməsinə  xidmət edir.

Layihənin icrası bu ildə də uğurla davam etdirilib.  “Xalq kompüteri” çərçivəsində artıq 21 580 ədəddən çox lisenziyalaşdırılmış proqram təminatı ilə təchiz edilmiş kompüter əldə edilib.

Qeyd edək ki, layihə iştirakçılarının mövcud bazar qiymətlərindən 25-40% aşağı, birillik faizsiz kreditlə kompüterlər əldə etməsinə imkan yaradılıb. Layihənin hədəf qrupları kimi ali və ümumtəhsil məktəblərinin müəllim, tələbə və şagirdləri seçiliblər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.
 



Baxış sayı: 784

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Dekabr 2024

03 12 2024