Tarix:23/07/13
Əvvəllər qeyri-adi əşya və dəbdəbə predmeti hesab edilən smartfonlar hazırda kütləvi məhsula çevriliblər. İnternetə çıxış imkanına malik və bir çox tətbiq quraşdırılmış mobil telefonların populyarlığı o səviyyəyə çatıb ki, yalnız ötən il 293.9 milyard ABŞ dollar həcmində satış qeydə alınıb.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, hazırda planetin bir milyarddan çox əhalisi smartfondan istifadə edir. ABŞ və digər inkişaf etmiş ölkələrdə artıq mobil telefon sahiblərinin 50%-dən çoxu smartfona malikdir, Çin və Hindistan kimi inkişaf etməkdə olan ölkələrdə alıcılar daha ucuz modellərə üstünlük verir. Bu iki amil yüksək səviyyəli və bahalı aparatlara tələbatın azalmasına səbəb olur.
“IDC” analitik şirkətinin statistikası da sözügedən tendensiyanı təsdiq edir: 2012-ci ildən etibarən smartfonların orta qiyməti 450-dən 375 dollaradək azalıb. Artıq “Samsung Electronics” və “Apple” kimi nəhənglər bu tendensiyanın nəticələrini hiss edirlər, belə ki onların gəlir və marjaları təhlükə altındadır. “Nokia” və “BlackBerry” şirkətləri isə yeni cihazların köməkliyi ilə bazarda öz mövqelərini geri qaytarmağa cəhd göstərirlər. Ucuz aparatlar üzrə ixtisaslaşmış Çinin “Huawei” və “Lenovo” şirkətlərinin mövqeyi daha yaxşıdır.
“eMachines” şirkətinin keçmiş baş direktoru Stiven Dakkerin fikrincə, smartfon seqmentində qiymətlərin aşağı düşməsi XX əsrin 90-cı illərinin sonlarında fərdi kompüter bazarında baş verənləri xatırladır. O zaman internetlə tanış olmağı arzulayan milyonlarla insan “eMachines” və digər büdcəyə uyğun fərdi kompüter istehsalçılarından ucuz kompüterlər satın alırdılar.
Emil Hüseynov
Smartfonlar fərdi kompüterlərin tarixini təkrarlayır?

Baxış sayı: 669
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır