12px13px15px17px
Tarix:23/07/13

“İnformasiyaya coğrafi səlahiyyətliliyin gətirilməsi” devizi altında konfrans öz işinə başlayıb


 
 
Birləşmiş Krallıqda nüfuzlu Kembric konfransı öz işinə başlayıb. 1928-ci ildən etibarən keçirilən bu tədbir yalnız dəvətnamə ilə iştirakı nəzərdə tutur və dünya ölkələrinin xəritəçəkmə qurumlarının rəhbərlərinin iştirakı ilə strateji müzakirələrin aparıldığı məkan kimi xarakterizə olunur.

Tədbirdə Azərbaycanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Komitədən bildirilib ki, “İnformasiyaya coğrafi səlahiyyətliliyin gətirilməsi” devizi altında keçirilən builki konfrans iştirakçıların sayının çoxluğu ilə digərlərindən əhəmiyyətli şəkildə fərqlənir. Konfransda Birləşmiş Millətlər Təşkilatının aidiyyəti bölmələrinin rəhbərlərinin çıxışları gözlənilir.

“Xəritəçəkmə və kadastr məlumatlarının iqtisadiyyatı”, “Milli xəritəçəkmə və kadastr təşkilatlarının xüsusi tədbirlərdə rolu” kimi mövzular konfransın gündəmində duran başlıca məsələlərdir. Konfransdan dərhal sonra baş tutacaq BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsi ilə birgə təşkil olunmuş sessiyanın Nazirlər Seqmentində müzakirə olunan məsələlər barədə Qərib Məmmədovun təqdimatla çıxış edəcəyi gözlənilir. Konfrans çərçivəsində bir sıra digər tədbirlərin, o cümlədən Qlobal Xəritəçəkmə üçün Beynəlxalq Rəhbər Komitənin 20-ci iclasının keçirilməsi də planlaşdırılıb.
 

Həqiqət İSABALAYEVA



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024