12px13px15px17px
Tarix:23/07/13

“Nokia” şirkəti yeni smartfonunu təqdim edib


 "Nokia" şirkəti "Windows Phone" platformasında işləyən "Lumia 625" adlı yeni smartfonunu təqdim edib.
"Lumia 625" smartfonunun ekranının diaqonalı 4,7 düym, təsvir ölçüsü isə 800x480 nöqtə təşkil edir. Lakin "Lumia 920" ilə müqayisədə həddən artıq həssas ekrana malikdir və onu əlcəklə idarə etmək mümkündür. Smartfonun ölçüləri 133,2x72,2x9,2 millimetr, çəkisi 159 qramdır.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, sözügedən aparat 1.2 QHS takt tezlikli ikinüvəli "Snapdragon S4" prosessoru, 512 meqabayt əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib. 64 QB tutumadək əlavə yaddaş kartı dəstəklənir. Akkumlyator batareyasının həcmi 2000 milliamper/saat təşkil edir.

"Lumia 625" smartfonu 5 meqapiksellik arxa və "VGA" təsvir ölçüsünə malik ön kamera ilə təchiz edilib. Smartfonun güclü tərəflərindən biri "LTE" şəbəkələrini dəstəkləməsidir ki, bu da hələ ki büdcəyə uyğun qurğular üçün tipik hal deyil. Aparat narıncı, sarı, yaşıl, ağ və qara rənglərdə əlçatan olacaq.
Aparatın qiyməti 220 avrodur.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 699

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024