Tarix:24/07/13
“Google” şirkəti axtarış sisteminin istifadəçiləri haqqında məlumatların üçüncü şəxslərə ötürülməsində təqsirləndirilməsi ilə bağlı qaldırılan məhkəmə iddiasını həll etmək üçün razılığa gəlib.
Əldə olunan razılığa əsasən, “Google” Karnegi-Mellon və Stenford Universiteti nəzdində fəaliyyət göstərən İnternet və Cəmiyyət Mərkəzi daxil olmaqla bir sıra təhsil və qeyri-kommersiya təşkilatlarına 8,5 milyon dollar ödəyəcək. Bundan başqa, şirkət məxfilik siyasətində istifadəçilərin sorğuları haqqında məlumatların hansı hallarda üçüncü şəxslərə verilə bilməsini göstərməli olacaq.
Axtarış sisteminin iş prosesində heç bir dəyişiklik olmayacaq. Razılığın qüvvəyə minməsi üçün onu məhkəmə təsdiq etməlidir.
Son məhkəmə iclası avqustun 23-nə təyin olunub. “Google”-un nümayəndəsi bildirib ki, şirkət razılığın əldə olunmasını alqışlayır.
“Google”-a qarşı iddianı 2010-cu ilin oktyabrında hüquqi konsultant Paloma Qaos qaldırıb. Onun iddiası axtarış sistemi tərəfindən istifadəçinin hansı sorğu ilə daxil olması barədə informasiyanın sayt sahiblərinə verilməsi ilə bağlı olub. Onun fikrincə, məxfilik siyasətinin pozulması onun axtarışa öz adını və qohumlarının adını daxil edəndə özünü büruzə verib. 2012-ci ilin fevralında iddialara daha bir iddiaçı qoşulub,- “Lenta www.lenta.ru” yazır.
“Google” istifadəçilərin sorğularını açıqladığına görə 8,5 milyon dollar ödəyəcək

Baxış sayı: 645
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib