12px13px15px17px
Tarix:24/07/13

ABŞ və Çin zərərli DNS-trafikin əsas mənbəyidir


 
Ekspertlər zərərli DNS-trafikin həcminin artdığını qeyd ediblər.
“Solutionary” şirkəti “OpUSA” aksiyasının keçirilməsinə dair tədqiqat keçirib. Tədqiqat çərçivəsində ABŞ-ın maliyyə sektorundakı şirkətlərə DDoS-hücumlar həyata keçirilib. Ekspertlər müəyyənləşdiriblər ki, kibercinayətkarlar əksər hallarda “DDoS”-dan başqa,  SQL inyeksiya və XSS-dən istifadə ediblər.

“ICTnews.az” elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, “OpUSA” çərçivəsində işinə müdaxilə edilmiş saytların 73%-i “Microsoft” şirkətinin “IIS” veb serverində yerləşib. Bundan başqa, platformaların 17%-i “IIS” veb serverinin 5.0 və 5.1 versiyalarından  istifadə ediblər. Qeyd edək ki, sözügedən versiyalar “IIS” veb serverinin cari versiyasından (7.5) 10 il köhnədir və “Microsoft” tərəfindən dəstəklənmir.

“Solutionary” şirkəti, həmçinin zərərli  DNS-trafikin həcminin və DoS-fəaliyyətin xeyli artmasını qeyd ediblər. Birinci və ikinci yerlərdə ABŞ (57%) və Çin (30%), daha sonrakı pillələrdə Fransa və Rusiya qərarlaşıb.

Emil Hüseynov
 



Baxış sayı: 942

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024