12px13px15px17px
Tarix:25/07/13

Azərbaycanda güzəştli şərtlərlə 21680 kompüter satılıb


 “Xalq kompüteri” layihəsindən yararlanaraq güzəştli şərtlərlə kompüter alanların sayı artıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, hazırda “Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən layihə çərçivəsində 21 680 ədəd kompüter əldə olunub.

Layihədə  təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.

“Xalq kompüteri”  layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər.

Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizat isə “BestComp Group” şirkəti tərəfindən həyata keçirilir.

CAHANGİR



Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Dekabr 2024

03 12 2024