Tarix:25/07/13
Bu ilin ikinci rübünün yekununa əsasən, "Facebook" şirkətinin satış və mənfəəti yeni reklam formatı və mobil xidmətlərin tətbiqi fonunda gözləntilərdən daha yaxşı olub. Müsbət xəbərlər fonunda şirkətin səhmlərinin qiyməti 21% artıb. İkinci rübdə "Facebook"un mədaxili 53% artaraq 1,81 milyard dollar, sosial şəbəkənin əməliyyat mənfəəti isə 488 milyon dollar və ya 1 səhm üçün 19 sent olub. Analitiklər 14 sent və 1,62 milyard dollar dəyərində satış gözləyirdilər.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, rübün yekunu ilə bağlı analitik və jurnalistlərlə söhbət zamanı "Facebook" şirkətinin rəhbəri Mark Zukerberq deyib ki, "Facebook"un mobil istifadəçilərinin sayı 819 milyona çatıb, istifadəçilərin ümumi sayı isə 1,15 milyard olub. Xatırladaq ki, bir rüb əvvəl bu göstərici 1.11 milyard dollar idi.
Tədqiqatçıların qiymətləndirməsinə əsasən, ilin yekununa görə "Facebook"un mobil reklam bazarında payı təxminən 13% təşkil edəcək. Ötən il bu göstərici 5.4% olub.
Hesabat dövründə şirkətin xalis mənfəəti 333 milyon dollar və ya 1 səhm üçün 13 sent təşkil edib. Bir il əvvəl bu göstəricilər müvafiq olaraq 157 milyon dollar və ya 8 sent olub. Şirkətin məlumatına görə, son ildə "Facebook"un istifadəçilərinin sayı xeyli dərəcədə artıb. Gündəlik resursdan istifadə edənlər 61%-dir. "Facebook"da virtual məhsulların satışından əldə olunan məbləğin həcmi 214 milyon dollaradək artıb ki, bu da ötənilki göstəricidən 11% çoxdur.
Emil Hüseynov
Zukerberq: “Bu hələ son deyil”

Baxış sayı: 661
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib