Tarix:25/07/13
Abşeron Telekommunikasiya Qovşağı kənd və qəsəbələrdə vətəndaşların mənzillərinin telefonlaşdırılması üçün yeni layihələrə başlayıb. Bu barədə məlumatı qovşağın rəisi Əyyub İsmayılov verib.
Onun sözlərinə görə, rayonun Saray qəsəbəsində elektron telefon xidmətlərinin genişləndirilməsi ilə bağlı, 2011-2013-cü illərdə nəzərdə tutulan tədbirlər planına əsasən qəsəbənin yeni yaşayış massivlərində, o cümlədən S.Qazıyeva, C.Cabbarlı, V.Axundov, Saray-Sumqayıt yolu istiqamətində (Üzümçülük yaşayış massivində) qovşağın daxili imkanları hesabına xətt şəbəkəsi tikilərək 1000-ə yaxın ailə stasionar telefonla təmin edilib.
Qəsəbənin yeni yaşayış massivlərində, o cümlədən, Ç.Mustafayev, Babək, H.Səmədov və digər küçələrində 200 nömrəlik xətt şəbəkəsinin tikintisi üçün hazırlanan eskiz-cizginin icrası “Azərrabitə” MMC tərəfindən nəzərdə tutulub. Bundan başqa, qəsəbənin müxtəlif istiqamətlərindən (Mərkəzi EATS-dən uzaq məsafələrdə) 512-1024 NN-lik ODU avadanlığının quraşdırılması planlaşdırılır.
Rabitənin etibarlı, fasiləsiz işləməsi üçün qovşaq tərəfindən qəsəbənin mərkəzi küçələrində yol kənarı hava rabitə xətlərinin kabel-kanalizasiya qurğularına köçürülməsi təmin olunub.
RƏVAN
Saray qəsəbəsinin yeni yaşayış məntəqələrinə yaxın zamanda telefon xətləri çəkiləcək

Baxış sayı: 1068
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı