Tarix:25/07/13
"Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə, bilik və bacarıqların artırılması istiqamətində cəmiyyətə yönəlik bir sıra layihələr həyata keçirilir. Onlardan, yəqin ki, ən başlıcalarından biri də gənclərə ünvanlanmış layihələrdir".
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib.
O bildirib ki, ölkədə gənclərlə bağlı reallaşdırılan İKT layihələrinin əsasən 3 məqsədi var. Onlardan biri, informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan gənclərin istifadəsinin dolğunlaşdırılması, asanlaşdırılması və gənclərin bu sahədə olan biliklərə yiyələnməsidir. İkincisi, gənclər siyasətinin özünün dolğunlaşdırılması, gənclərin qəlbinin dərinliklərində yatan ideyaların, təşəbbüslərin sosial bloqlara çıxarılaraq bölüşdürülməsi və ən əhəmiyyətli olanların dövlət siyasətinə tətbiq olunmasıdır:
"Üçüncü isə sosial məsələ - gənclərin mövcud həyatının, biliklərinin, mövcud vərdişlərinin, ailədə aldığı tərbiyənin dövlətə, dövlətçiliyə bağlılıqla bağlı dövlətimizin, millətimizin inkişafına yönəldilməsi və tətbiq olunmasıdır".
Prezident İlham Əliyevin bu gün yürütdüyü siyasət nəticəsində Azərbaycanın yüksək yerlərə gəlib çatdığını vurğulayan şöbə müdiri ölkəmizin artıq kosmik ailənin üzvü olduğunu xatırladıb: "Bölgədə kosmik ailənin üzvü olan neçə dövlət var? Postsovet məkanında bu ölkələr Rusiya, Qazaxıstan, Ukrayna və Azərbaycandır. Dünyada 55-60 belə dövlət var. Nə qədər qürurverici bir haldır ki, bu 55-60 dövlətin sırasında biz də varıq".
Azərbaycanın təbliğatını xarici aləmdə və internetdə aparmağın vacibliyini qeyd edən Ə.Həsənovun sözlərinə görə, o mədəniyyətlər, o xalqların adət-ənənələri yaşayacaq ki, onlar güclüdür, ona sahib çıxan həmin xalqın gəncliyi var.
Seymur Qasımbəyli
Əli Həsənov: «Nə qədər qürurverici haldır ki, kosmik ölkələr arasında biz də varıq»

Baxış sayı: 696
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır