Tarix:25/07/13
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, Dell və onun tərəfdaşları səhmlərin hər birinin qiymətini daha 10 sent artırır, bu da səhm kapitalı hesablandıqda 150 milyon dollar təşkil edir. Öncə “Dell”in özəlləşdirmə təklifinin ümumi qiyməti 24,4 milyard dollar təşkil edirdisə, hazırda onun qiyməti 24,6 milyardadək artıb.
Yeni təklif “Silver Lake Partners” və “Microsoft” ilə razılaşdırılıb.
"Səsvermə ərəfəsində biz təkliflərimizin qiymətini hər bir səhm üçün 13,75 dollaradək artırırıq. Bu bizim ən yaxşı və son təklifimizdir", - deyə Maykl Dell səhmdarlara məktubunda bildirib.
“Dell”in 8,7% səhmlərinin sahibi Karl İkan və fərqli inkişaf strategiyasını təklif edən “Southeastern Asset Management” fondu bu təklifin əleyhinə çıxış edir.
Son məlumatlara əsasən, hər bir səhmin qiyməti 14 dollar səviyyəsində müəyyən edilib. Son qərara əsasən, səsvermə avqustun 2-də keçiriləcək.
Aynur Vəliyeva
Maykl Dell “Dell” şirkətinin səhmlərini geri almaq fikrindədir
“Dell” şirkətinin rəhbəri Maykl Dell özəlləşdirmə proqramı ilə bağlı yekun səsverməyə bir neçə saat qalmış səhmlərin qiymətini bir az artırıb.“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, Dell və onun tərəfdaşları səhmlərin hər birinin qiymətini daha 10 sent artırır, bu da səhm kapitalı hesablandıqda 150 milyon dollar təşkil edir. Öncə “Dell”in özəlləşdirmə təklifinin ümumi qiyməti 24,4 milyard dollar təşkil edirdisə, hazırda onun qiyməti 24,6 milyardadək artıb.
Yeni təklif “Silver Lake Partners” və “Microsoft” ilə razılaşdırılıb.
"Səsvermə ərəfəsində biz təkliflərimizin qiymətini hər bir səhm üçün 13,75 dollaradək artırırıq. Bu bizim ən yaxşı və son təklifimizdir", - deyə Maykl Dell səhmdarlara məktubunda bildirib.
“Dell”in 8,7% səhmlərinin sahibi Karl İkan və fərqli inkişaf strategiyasını təklif edən “Southeastern Asset Management” fondu bu təklifin əleyhinə çıxış edir.
Son məlumatlara əsasən, hər bir səhmin qiyməti 14 dollar səviyyəsində müəyyən edilib. Son qərara əsasən, səsvermə avqustun 2-də keçiriləcək.
Aynur Vəliyeva
Baxış sayı: 628
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır