12px13px15px17px
Tarix:26/07/13

“Baidu” şirkətinin xalis mənfəəti artıb


Milli bazarda ən böyük axtarış sisteminə malik Çinin “Baidu” şirkətinin  rüblük mənfəəti bazar gözləntilərindən çox olub. Bu, son illərdə mobil sektorda reklam xərclərinin artması fonunda baş verib.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin ikinci rübünün yekununa əsasən, “Baidu” şirkətinin xalis mənfəəti 2,64 milyard yuan (təxminən 431 milyon dollar) olub. “Bloomberg” agentliyi tərəfindən soruşulmuş analitiklər bu göstəricinin 2.4 milyard yuan təşkil edəcəyini bildirmişdilər. Mədaxil 39% artaraq 7,56 milyard yuan olub.

Mədaxilin 10%-i “Baidu”nun smartfon və planşetlər üçün axtarış tətbiqində yerləşdirilmiş reklamdan əldə edilib.

Ötən rüb Çin şirkəti təxminən 2100 insan işə qəbul edib. Beləliklə, şirkətin heyəti 24 min əməkdaşdan ibarətdir.

Emil Hüseynov
 



Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024