12px13px15px17px
Tarix:26/07/13

İntiqam Babayev: "Hazırda gənclərimizin böyük əksəriyyəti sosial şəbəkələrdən geniş şəkildə istifadə edir"


 
"Bu gün Azərbaycan gəncliyinin böyük əksəriyyəti, demək olar ki, hamısı internetə daxil olur, informasiya-kommunikasiya texnologiyalarından öz məqsədləri üçün istifadə edir".

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Gənclər və idman nazirinin müavini İntiqam Babayev söyləyib. Nazir müavini qeyd edib ki, ölkədə bütün sahələrdə olduğu kimi, informasiya texnologiyaları sahəsində də sürətli inkişaf gedib. Bu inkişafa gənclərin də böyük təkan verdiyini vurğulayan İ.Babayev ölkədə informasiya texnologiyaları ilə işləməyi bacaran böyük bir ordunun yetişdiyini qeyd edib:

"Hazırda gənclərimizin böyük əksəriyyəti sosial şəbəkələrdən geniş şəkildə istifadə edir. Burada yeni tanışlar qazanır, ünsiyyət qurur və öz maraqlarını əks etdirən paylaşımlar edirlər. Bununla yanaşı, ölkədə baş verən ictimai-siyasi prosesləri, mədəniyyət məsələlərini və digərlərini də sosial şəbəkələr vasitəsilə dostlarına ötürürlər. Düşünürəm ki, gənclər sosial şəbəkələrdən ünsiyyət, vaxt keçirmək və digər məqsədlər üçün istifadə etməməlidirlər. Onlar həm də Azərbaycanın tarixi, mədəniyyəti və uğurları ilə bağlı da məlumatların yayılmasında yaxından iştirak etməlidirlər".

Azərbaycan gəncliyinin informasiya texnologiyalarından istifadə bacarıqlarının yüksək olduğunu vurğulayan nazir müavini bu səriştənin artırılması istiqamətində ölkədə bir sıra layihələrin həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, təmsil etdiyi nazirlik gənclərə internetdən, sosial şəbəkələrdən düzgün istifadəni aşılamaq istiqamətində addımlar atır, qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi layihələrdə yaxından iştirak edir.

SEYMUR



Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024