12px13px15px17px
Tarix:26/07/13

Artıq mobil qurğular vasitəsilə "Vikipedia"da redaktə etmək mümkündür


 
"Vikimedia Fondu" bloqunda dərc edilmiş yazıya görə, "Vikipedia" istifadəçiləri mobil qurğular vasitəsilə onlayn ensiklopediyanın  məqalələrinə düzəlişlər etmək imkanı əldə ediblər.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, hələ ki yalnız qeydiyyatdan keçmiş istifadəçilər mobil rejimdə düzəlişlər edə bilər.

Hər hansı məqaləni redaktə etmək üçün saytda öz hesabınıza daxil olmaq və zəruri məqalə üzərində karandaş təsviri olan düyməyə sıxmaq lazımdır.
Mobil düzəlişlər funksiyası daha öncə "Vikipedia"nın  "eksperimental" saytında tətbiq edilib və sınaqdan keçirilib. Hazırda sınaqlar yekunlaşıb və istənilən şəxslər düzəliş edə bilər.

Xatırladaq ki, "Vikipedia" onlayn ensiklopediyasının auditoriyasının 15%-i saytla mobil qurğular üzərindən işləyir.

Emil Hüseynov
 
 



Baxış sayı: 687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024