12px13px15px17px
Tarix:27/07/13

“Yandex” axtarış sistemi yeni platforma istifadəyə verdi


 
"Yandex" axtarış sistemi "Adalar" platformasının ictimai beta-versiyasını istifadəyə verib.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu, yeni interfeysə malik olan platformadı  və interaktiv olaraq məsələlərin həllini asanlaşdırır.

"Biz "Adalar" konsepsiyasını may ayında anons etmişik. O, istifadəçilərə saytlarla axtarış zamanı işləməyə imkan verir. Biz növbəti addımı atdıq və interaktiv cavablarla təchiz edilmiş "Adalar"ın beta-versiyasını istifadəyə verdik. Getdikcə biz, axtarışa əsl faydalı adaları daxil edərək, onların sayını artıracağıq", - deyə layihənin rəhbəri Taras Şarapov bildirib.

"Adalar" konsepsiyasının əsas üstünlüyü onların sifarişdən asılı olaraq dəyişmək imkanıdır. Belə ki, naviqasiyanın menyusunda "Yandex"in yalnız cari suala cavabı olan servisləri və məlumat blokları təqdim ediləcək. Blokların üstünlüyü, müxtəlif məlumatları, mətni, videonu, şəkilləri, interaktiv formaları özündə cəmləşdirməsidir. İstifadəçilər onlara lazım olan məlumatları tez tapsınlar deyə, "Yandex" eynitipli blokları qruplaşdırır.

Yeni "adalı" interfeys artıq  "beta.yandex.ru" saytının axtarış, şəkillər, video və "Yandex"in əsas səhifəsində istifadəyə verilib. Tədricən bu interfeysə digər servislər də keçiriləcək. "Yandex" "Adalar"ı eyni zamanda bütün qurğularda inkişaf etdirir. Artıq sistem Rusiyadan, Ukraynadan və Türkiyədən olan istifadəçilər üçün açıqdır.

Aynur Vəliyeva
 



Baxış sayı: 904

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024